Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata görə, Müqəddəs Müdafiə dövrünün 100 nəfər naməlum şəhidinin pak nəşləri ilə vida mərasimi, Həzrət Zəhranın (s) şəhadət gecəsi ilə eyni vaxtda, şəhərin şəhidsevər əhalisinin, müqəddəs şəhid ailələrinin nümayəndələrinin, həmçinin ölkənin hərbi və mülki rəsmilərinin iştirakı ilə İslam İnqilabı və Milli Müdafiə Muzeyində keçirilib.
Mərasimdə Həzrət Zəhranın (s) ziyarətinin oxunmasından sonra Hacı Əshab Kərimi, Məhəmmədəli Farsicanı və Əli Həsəni döyüş xatirələrini bölüşərək isti və təsirli çıxışları ilə səngərin çətin, lakin mənəviyyat dolu günlərini iştirakçıların gözləri önündə canlandırıblar. Onlar şəhidlərdən bəhs edərək fədakarlığın nadir anlarını, səngər yoldaşlığının saf və bənzərsiz duyğularını, gənc döyüşçülərin həyatın ən gözəl çağında Allaha doğru ucalma seçimini təsvir ediblər. Səngərlərin ab-havasını, od-alov içində ucalan “Ya Zəhra (s)” nidalarını və döyüşçülərin son anda belə təbəssümlə vidalaşdıqlarını yada salan bu xatirələr, mərasirn mənəvi ruhunu daha da gücləndirib.
Bu geniş və təsirli rəvayətlər bir daha xalqın qəlbində yaşayan həqiqəti xatırladıb: Şəhidlərin qanı bu günün təhlükəsizliyi və sabitliyinin bünövrəsini qoyub və onların xatirəsi gələcək nəsillər üçün yol göstərən bir işıq olaraq qalmaqdadır.
Mərasimin sonunda Tehranın sakinləri Kərbəlayi Əli Fəllahpur və Hacı Əbuzər Qasiminin mərsiyələri ilə əzadarlıq edib və şəhidlərin mübarək nəşlərini rəmzi şəkildə müşayiət ediblər. Tədbir eyni zamanda müxtəlif televiziya kanalları vasitəsilə canlı yayımlanıb.








Rəyiniz